Suriyada xəstəxana partladıldı

suriyada-xestexana-partladildi
Oxunma sayı: 924

Suriyanın şimal-şərqindəki Haseke əyalətində özəl xəstəxana partladılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində bina qismən uçub. Partlayış uzaqdan idarə edilən vasitə ilə törədilib.

Ölən və yaralananlar barədə məlumat yoxdur. Xəstəxanaya yalnız maddi ziyan dəydiyi bildirilir.