Son günlərdə Suriyada vəziyyətin gərginləşməsi və ABŞ-ın təhdidləri bölgəni yeni müharibənin astanasına gətirib.
“Qafqazinfo” xəbər verir ki, artıq ABŞ-ın Donald Kuk (DDG-75) dağıdıcı döyüş gəmisi Kipr Larnaka limanından ayrılaraq Suriya istiqamətdən hərəkətə keçib.
Gəmi Suriyaya 100 km məsafəyə qədər yaxınlaşıb.
Məlumata görə, gəmidə 60 ədəd Tomahauk raketləri var.
Buna cavab olaraq Rusiyaya məxsus qırıcılar gəminin yaxınlığından xəbərdaredici uçuşlar həyata keçiriblər.
Qeyd edək ki, Donald Tram ötən həftələrdə verdiyi açıqlamada ABŞ ordusunu Suriya ərazisindən tamamilə çıxarmağa hazırlaşdığını açıqlamışdı. O, bu gün yeni açıqlamasında Suriya ilə bağlı son qərarını 2 gün ərzində verəcəyini bildirib.
Son xəbərlər
Son Xəbərlər