Suriyada zəlzələdə 4000-ə yaxın insan həlak oldu

suriyada-zelzelede-4000-e-yaxin-insan-helak-oldu
Oxunma sayı: 2895

Suriyada baş verən zəlzələ nəticəsində 4000-ə yaxın insan həlak olub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar üzrə regional direktoru Riçard Brennan deyib.

O bildirib ki, dəqiq rəqəmləri söyləmək hazırda çətindir, çünki say hər gün artır:

"Bu gün bizdə olan məlumata görə, Suriya hökumətinin nəzarətində olan ərazilərdə 4 minə yaxın insan ölüb, 4500-ə yaxın insan isə yaralanıb”.