Rusiyanın Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri Viktor Kupçişin Suriyanın şimal-şərqindəki Əl-Hol düşərgəsindəki faciəvi vəziyyətdən danışıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kupçişin ərazinin ABŞ-ın koalisiya qüvvələrinin nəzarətinə keçməsindən sonra orada humanitar vəziyyətin çətinləşdiyini və 235-dən çox uşağın öldüyünü bildirib.
Düşərgəni tərk edənlərdən birinin sözlərinə görə, hər gün orada 10-20 nəfər, o cümlədən azyaşlı dünyasını dəyişir. Son bir həftə ərzində 7 uşaq ölüb. Düşərgədə başlıca ölüm səbəbi dərman və qida çatışmazlığı, həyat şəraitinin dözülməzliyidir.
Son xəbərlər
Son Xəbərlər