Suriyadakı qarşıdurmalarda 230-dan çox hərbçi ölüb

suriyadaki-qarsidurmalarda-230-dan-cox-herbci-olub
Oxunma sayı: 2310

Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında baş verən silahlı toqquşmalarda 231 hökumət döyüşçüsü həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalına təhlükəsizlik mənbəsi məlumat verib.

“Sahil boyu əməliyyatlar zamanı Müdafiə Nazirliyinin və Təhlükəsizlik Xidmətinin 231 əməkdaşı həlak olub”, - məlumatda deyilir.

Daha onlarla hərbçinin itkin düşdüyü də qeyd edilir.