Suriyadakı türk jurnalistlər yoxa çıxıb

suriyadaki-turk-jurnalistler-yoxa-cixib
Oxunma sayı: 645

Türk mətbuatının yaydığı məlumata görə, müxbirlər sonuncu dəfə 10 mart tarixində Suriyanın Əl-Fua şəhəri yaxınlığında görünüblər. Şahidlərin sözlərinə görə, onlar həmin ərazidən Suriyanın xüsusi kəşfiyyat orqanı nümayəndələrinin nəzarəti və zirehli texnikanın müşayiəti ilə yeri bilinməyən məkana aparılıblar. Əldə olunan xəbərə görə, jurnalistlərə işgəncə verilməsi də istisna olunmur. Bu məsələylə bağlı Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu da jurnalistlərin sualına cavab verərək deyib: "Jurnalistlərin tapılması və ölkəyə sağ-salamat qaytarılması üçün səylərimiz davam edir. Hələlik tam və rəsmi məlumat əldə olunmayıb."

Raminə