Suriyadakı zəlzələ Türkiyədə hiss edildi

suriyadaki-zelzele-turkiyede-hiss-edildi
Oxunma sayı: 942

Suriyada 5,2 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, yeraltı təkanlar Türkiyənin Diyarbakır şəhəri və ətraf bölgələrində hiss edilib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Saat 14:17-də baş verən zəlzələnin episentrinin Suriyanın Əl-Həsəkə şəhərində, hiposentrinin isə 11,76 kilometr dərinlikdə yerləşdiyi bildirilib.

Dağıntılar və itkilər barədə hər hansı məlumat yoxdur.