Türkiyə baş naziri Əhməd Davudoğlu Londonda keçirilən Suriyaya yardıma həsr olunan toplantıda çıxış edib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Davudoğlu çıxışında bildirib ki, İngiltərəyə yola düşərkən təyyarədə ona hesabat təqdim edilib:
“Hesabatda göstərilib ki, hazırda sərhəddə Türkiyəyə keçə bilmək üçün 10 min nəfər növbədədir. Hələb bombalandı, indi 70 min insan Türkiyəyə gəlir. Sadəcə düşərgədəki suriyalılar üçün 10 milyard dollar xərcləmişik”.
Son xəbərlər
Son Xəbərlər