Suriyadan Türkiyəyə 3 raket atıldı - 1 ölü, 32 yaralı

suriyadan-turkiyeye-3-raket-atildi
Oxunma sayı: 1986

Bu gün Suriyanın Afrin bölgəsindən Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsinə 3 raket atılıb.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Reyhanlı bələdiyyə sədri Hüseyin Şahverdi hadisə nəticəsində 1 suriyalının həlak olduğunu, 32 nəfərin xəsarət aldığını bildirib.