Suriyanın Afrin bölgəsindən Türkiyənin Kilis şəhərinə növbəti dəfə raket zərbəsi endirilib.
“Qafqazinfo” xəbər verir ki, şəhər mərkəzinə atılan 2 mərmidən biri Böyükkütah məhəlləsindəki Çalık məscidinə, diigəri isə 100 metr aralıya düşüb.
Məlumata görə, 8 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyət ağırdır.
Xatırladaq ki, 21 yanvarda Kilis şəhərinin mərkəzinə 4, Hatay rayonunun Reyhanlı qəsəbəsinə isə 3 raket atılmışdı. Hücumlar nəticəsində 1 nəfər ölmüş, 32 nəfər yaralanmışdı.
Qeyd edək ki, Türkiyə ordusu 5 gündür Afrin bölgəsində terrorçulara qarşı əməliyyat keçirir. 5 gün ərzində 268 terrorçu zərərsizləşdirilib.
***
Kilis valiliyindən bildirilib ki, məscidə atılan raket nəcitəsində biri suriyalı olmaqla 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Digər raket isə suriyalı qaçqınların yaşadığı evə düşüb. 10 nəfərin yaşadığı evdə 5 nəfər yaralanıb.


![]()
Son xəbərlər
Son Xəbərlər