Suriyadan Türkiyəyə raket atdılar - 6 ölü, 70 yaralı + Yenilənib

Suriyadan Türkiyəyə raket atdılar
Oxunma sayı: 4389

YPG/PKK terror qruplaşmaları Türkiyənin Akçakale və Ceylanpınar kəndlərini raketlərlə atəşə tutub.

“Qafqazinfo” Türkiyə KİV-nə isitnadən xəbər verir ki, nəticədə 1-u uşaq olmaqla 2 nəfər ölüb, 46 nəfər yaralanıb. Ölənlər 9 aylıq Suriya əsilli körpə Muhammed Omar və Akçakakale vergi idarəsinin əməkdaşı Cihan Günəşdir.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Türkiyə dünən Suriyanın şimalına "Sülh Çeşməsi Hərəkatı"nı başladıb. 

***

Türkiyənin Şanlıurfa və Mardin şəhərlərinə edilən hava hücumu nəticəsində ölənlərin sayı 6-ya yüksəlib. Şanlıurfada 46, Mardində 24 nəfər yaralanıb. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi