Qaziantepdə İŞİD əleyhinə hazırladığı reportajlara görə hədələndiyi irəli sürülən suriyalı jurnalist Məhəmməd Zahar Alşurqat qətlə yetirilib.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 36 yaşlı jurnalist küçədə gəzərkən üzü maskalı şəxs tərəfindən silahla başından vurulub. Xəstənaya aparılan M. Alşurqat vəfat edib.
Onu İŞİD-in öldürdüyü iddia olunur.
Son xəbərlər
Son Xəbərlər