Suriyalı kürdlər “Şimali Suriya Federasiyası” yaradır.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Suriyanın şimalındakı kürdlərin bu gün bu barədə elan edəcəyi gözlənilir. Suriyanın şimalında, Türkiyə sərhədi boyunca yer alan Cəzirə, Kobani və Afrin olaraq adlandırılan üç bölgə hazırda kürdlərin nəzarətindədir.
Kobani şəhərinin xarici işlər üzrə səlahiyyətli nümayəndəsi İdris Nassan: “Veriləcək açıqlama "kürdlər və digərlərinin yaratdığı özünüidarə çərçivəsinin genişləndirilməsi" mənasına gəlir” deyib.
Nassan onu da bildirib ki, suriyalı kürdlərin nəzarəti altında olan üç region "Şimali Suriya Federasiyası" adlandırılacaq və bu bölgədə yaşayan bütün etnik qrupları təmsil edəcək.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər