Suriyalı pilot təyyarəylə Türkiyəyə qaçdı

suriyali-pilot-teyyareyle-turkiyeye-qacdi
Oxunma sayı: 648

"Qafqazinfo"nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, pilot hökümətin müxalifət qüvvələrinə havadan hucum əmrinin əksini edib. Suriya Hava Qüvvələrinə məxsus pilot Hələbdəki hərbi binadan birini bombalayıb. Ardınca təyyarəçi hava yolu ilə Türkiyəyə sığınıb.

Xatırladaq ki, Bəşər Əsəd rejimi və ölkədəki gərginlikdən qaçan insanların sayı gündən günə çoxalır. Türkiyəyə sığınanların sayı 15 minə çatıb. Onların arasında Suriya ordusunun on nəfər yüksək vəzifəli hərbiçisi də var.

Raminə