“Suriyanın daxili işlərinə qarışmaq niyyətində deyilik” - Putin

suriyanin-daxili-islerine-qarismaq-niyyetinde-deyilik
Oxunma sayı: 1003

“Rusiya Suriyanın daxili işlərinə qarışmaq niyyətində deyil”.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Şimali Qafqaz Federal Universitetində tələbələrlə görüşü zamanı deyib.

O, Rusiyanın Suriya və regionun digər ölkələri qarşısında duran problemlərin həlli zamanı dövlət quruluşuna müdaxilə etməyi planlaşdırmadığını açıqlayıb: “Bizim yeganə vəzifəmiz Suriya xalqına, ölkənin legitim rəhbərliyinə kömək etmək, terrorizmlə mübarizə aparmaq və Suriya ərazisində terrorçuları zərərsizləşdirməkdir”.