Suriyanın şimalında 5 PKK-çı zərərsizləşdirildi

suriyanin-simalinda-5-pkk-ci-zerersizlesdirildi
Oxunma sayı: 673

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri Suriyanın şimalındakı “Fərat Qalxanı” əməliyyatı bölgəsinə sızmağa çalışan PKK terror təşkilatının Suriya qanadı olan YPG terror təşkilatının beş silahlısını zərərsizləşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Bölgədəki vəziyyəti sabitləşdirmək üçün “Fərat Qalxanı” əməliyyatı zonasına sızmağa cəhd göstərən silahlılar Türkiyə xüsusi təyinatlılarının müvəffəqiyyətli müdaxiləsi ilə zərərsizləşdirildi”,- deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına daxil edib.

Suriyada PKK terrorçuları PYD və YPG adlarının arxasında gizlənir və son illərdə özlərini “Suriya Demokratik Qüvvələri” adlandırırlar. İranda isə PKK, PJAK adı altında fəaliyyət göstərir.