“Suriyaya daxil olsa, Buş və Obama ilə eyni sırada olacaq” - Puşkov

suriyaya-daxil-olsa-bus-ve-obama-ile-eyni-sirada-olacaq
Oxunma sayı: 698

Rusiyalı diplomat Aleksey Puşkov ABŞ-ın Suriyaya ordu göndərmə ehtimalı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə siyasətçi Tvitter hesabında yazıb.

“21-ci əsrdə hər bir ABŞ prezidentinin Yaxın Şərqdə bir bəzən iki müharibəsi olub. Əgər Tramp Suriyaya daxil olsa, onda Buş və Obama ilə eyni sırada olacaq”,-deyə Aleksey Puşkov yazıb.

Daha əvvəl CNN kanalı Trampın konqress üzvləri ilə Suriyaya qarşı hərbi tədbirləri müzakirə etdiyi barədə məlumat yayıb.

“Reuters” agentliyinin məlumatəna görə, Tramp jurnalistlərə konqressmenlərlə Suriyaya qarşı hərbi əməliyyatlar barəsində danışmadığını söyləyib.

Qeyd edək ki, Suriya Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyası (SMİQMK) Xan Şeyhun şəhərində törədilən kimyəvi hücum nəticəsində 80 nəfərin öldüyünü, 200-dən çox şəxsin yaralandığını bildirib.