Suriyaya hücum qərarında İvankanın həlledici rolu

suriyaya-hucum-qerarinda-ivankanin-helledici-rolu
Oxunma sayı: 632

ABŞ prezidentinin qızı İvanka Tramp Suriyaya raket hücumu qərarına həlledici dərəcədə təsir edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə The Independent Böyük Britaniyadakı diplomatik mənbəsinə istinadən məlumat yayıb. 

Nəşr yazır ki, Britaniyanın Vaşinqtondakı səfiri Kim Darrok baş nazir Tereza Mey və XİN rəhbəri Boris Consona sənəd göndərib. Həmin sənəddə prezident Trampın Suriyaya kimyəvi hücum olması xəbərindən “dərindən sarsıldığı” bildirilib. 

Lakin mənbə onu da əlavə edib ki, İvankanın mövqeyi qərarın verilməsinə həlledici təsir göstərib. Bu səbəbdən də ABŞ prezidentinin reaksiyası gözlənildiyindən güclü olub. 

Qeyd edək ki, daha əvvəl İvanka tvitter hesabında Suriyaya raket hücumu əmrini verən atası ilə fəxr etdiyini bildirmişdi.