“Sürrealizm mənəm” sərgisinə son iki gün - Video

surrealizm-menem-sergisine-son-iki-gun
Oxunma sayı: 2347

26 apreldə Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından biri olan Salvador Dalinin  əsərlərindən ibarət “Sürrealizm mənəm” sərgisinin rəsmi açılış günü olacaq.

“Qafqazinfo” xəbər verir ki, 27 apreldən sərgiyə giriş biletlər vasitəsi ilə olacaq.

Həmin gündən biletlər satışa çıxarılacaq və sərgi 2023-cü il oktyabrın 8-dək davam edəcək.

Sərgidə rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri, eləcə də Salvador Dali dünyasına aparacaq multimedia zonası yer alacaq.