Bu gün günorta saatlarında Abşeron rayonu, Qobu qəsəbəsində sürücü aşan maşının altında qalaraq ölüb.
“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
"KAMAZ" markalı avtomobil kuzada olan yükün boşaldılması zamanı aşıb, nəticədə sürücü, 1965-ci il təvəllüdlü Əhmədov Nəriman Qurban oğlu nəqliyyat vasitəsinin altında qalaraq ölüb. Sürücünün cəsədi xilasedicilər tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər