Bu gün səhər saatlarında Ziya Bünyadov prospektində yol qəzası baş verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını beton arakəsməyə vurub.
Nəticədə iki nəfər ağır xəsarət alıb, hadisə yerinə təcili tibbi yardım briqadasının iki maşını cəlb olunub.
Hüquq-mühafizə orqanları araşdırma aparır.

Son xəbərlər
Son Xəbərlər