Sürücü məsuliyyətsizliyi zəncirvari qəzaya səbəb oldu - Fotolar

surucu-mesuliyyetsizliyi-zencirvari-qezaya-sebeb-oldu
Oxunma sayı: 3805

Bakıda zəncirvari qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Belə ki, bu gün saat 10:15 radələrində ADY-yə məxsus yük qatarı Əhmədli stansiyasının dalan yolunda manevr edərkən dəmiryol xəttinə yaxın məsafədə qanunsuz park edilmiş 99-FJ-595 nömrəli avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər 7 maşınla toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

“ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmiryol xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır!”, - məlumatda deyilir.