Sürücü qəza törətdi- - Ağır yaralandı

surucu-qeza-toretdi-
Oxunma sayı: 925


“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, rayonun Miskinli kənd sakini 30 yaşlı Tural Əliyev idarə etdiyi avtomobillə qəza törədib. Hadisə zamanı avtomobildə tək olan sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, Tural Əliyev qarın boşluğunun küt travması, təpə nahiyəsinin çapılmış yarası diaqnozu ilə xəstəxanaya gətirilib. 

Yaralıya ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaətbəxşdir.