Şirvan şəhərində ağır yol qəzası baş verib.
“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi xəbərə görə, Şirvan şəhərində "Mitsubishi" və “Mercedes” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilinin sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
Son xəbərlər
Son Xəbərlər