Astarada ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” ARB TV-yə istinadən xəbər verir ki, maye qaz daşıyan "Volvo" markalı yük maşını Astara-Şahağacı yolunda aşıb.
İran vətəndaşı 40 yaşlı Seyid Məhəmməd Reyhaninin ürəktutmadan halı pisləşib, nəticədə o, idarəetməni itirərək yoldan çıxıb. Yük maşını aşandan sonra yolun kənarındakı gözəllik salonuna çırpılıb.
Hazırda FHN-in xilasediciləri deformasiyaya uğramış avtomaşının içərisindən sürücünün cəsədi çıxarılaraq təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər