Sürücü yol polisini döyüb, paqonlarını cırdı

surucu-yol-polisini-doyub-paqonlarini-cirdi-
Oxunma sayı: 3808


“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, S.S.Axundov küçəsində Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Famil Seyidov BMW markalı 90 SG 045 nömrəli avtomobili sərxoş halda idarə edən zaman orada xidmətdə olan Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş serjantı 1968-ci il təvəllüdlü Cavanşir Qasımov tərəfindən saxlanılıb. Sürücü müayinədən keçirilməyə aparılarkən müqavimət göstərib, yol polisini döyərək paqonlarını cırıb. 

F.Seyidov saxlanılıb. Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. 

Murad Əhməd