Sürücülər Aeroport şosesindən şikayət edir- - Video

suruculer-aeroport-sosesinden-sikayet-edir-
Oxunma sayı: 2854


"Qafqazinfo" musavat.com-a istinadən xəbər verir ki, yol ətrafı qəsəbələrdə yaşayan sakinlər magistral yola keçmək üçün bir neçə kilometr irəli gedib, sonradan eyni məsafəni geri qayıtmaqla əsas yola çatmalı olurlar. Magistral yolda avtomobillərin girişi-çıxışı üçün keçidlər az olduğundan qəsəbəyə gələn təcili tibbi yardım maşınlarının da hərəkətində çətinlik yaranır. 

Prospektin yaxınlığında yaşayan Bülbülə qəsəbəsinin sakinləri deyir ki, bu illərdir bu problemdən əziyyət çəkirlər. Həmçinin yerüstü piyada keçidləri uzaq məsafələrdə yerləşdiyindən sakinlər yolu keçmək üçün bir neçə kilometr getməli olurlar. 

Sözügedən problemi işıqlandırmaq məqsədilə sürücülərdən biri ilə yol yoldaşı oluruq. Sürücü deyir ki, Bülbülə qəsəbəsi Aeroport şosesi yaxında yerləşməsinə baxmayaraq, yolda yolayırıcılar, avtomobil keçidləri olmadığından məcbur olub yolu 10 kilometr uzatmalı olurlar.

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli də musavat.com-a açıqlamasında bildirib ki, bu problem təkcə Aeroport şosesində deyil, Bakının bir çox magistral yollarında müşahidə olunur.