Sürücülər qəza törətdi – - Sərnişin öldü

suruculer-qeza-toretdi-
Oxunma sayı: 1296


DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə aprelin 18-də saat 18 radələrində Maşxan kəndində baş verib. Ərçivan qəsəbə sakini Məhəbbət Şəfəqqətovun idarə etdiyi “VAZ-21074” və Lənkəran rayon sakini Ülvi Əmrovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə Ü.Əmirovun sərnişini, Salyan rayon sakini Teymur Paşayev hadisə yerində ölüb. Astara RPŞ tərəfindən araşdırma aparılır. 

Murad Əhməd