Sürücülər yaralandı, sərnişin öldü

suruculer-yaralandi-sernisin-oldu
Oxunma sayı: 1203

Gəncə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, hadisə yanvarın 6-da saat 1 radələrində Xətai prospektində qeydə alınıb. 

Şəhər sakini Ceyhun Alıyevin idarə etdiyi “VAZ-2107” və Şəmkir rayon sakini Sakit Həsənovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə C.Alıyevin sərnişini Aydın Qəribov hadisə yerində ölüb, sürücülər xəstəxanaya yerləşdiriliblər.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.