Sürücülərə növbəti dəfə müraciət edildi

Sürücülərə növbəti dəfə müraciət edildi
Oxunma sayı: 215

K.Əliyev sürücüləri hava şəraitinə uyğun seçim etməyə çağırıb. Adıçəkilən istiqamətlərdə hərəkət edən sürücülərdən zənciri, mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərdən istifadə etmələri tövsiyə olunur.

Bakı şəhər Dövlət Yol Polis İdarəsindən paytaxtın bəzi yollarında təhlükəli vəziyyətin yarandığı bildirilib. “Sədərək” Ticarət Mərkəzi istiqamətində, “Cavanşir” və Ziya Bünyadov prospekti ilə Atatürk prospektlərinin kəsişməsindəki körpüdə buzlaşma müşahidə olunur. Hazırda həmin ərazilərə qum və duz səpilir.

Dövlət Yol Polisi mövcud vəziyyəti nəzərə alaraq, sakinləri buzlu yollarda mümkün qədər şəxsi avtomobillərindən az istifadə etməyə çağırıb, əsasən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi