Sürücülərə növbəti xəbərdarlıq

suruculere-novbeti-xeberdarliq
Oxunma sayı: 1767


“Qafqazinfo” ans-ə istinadən xəbər verir ki, yalnız xüsusi buraxılışı olan maşınlar şəhərə daxil ola bilər, Bu isə günün istənilən saatında mümkün deyil.

Ümumilikdə isə Avropa Oyunları ilə əlaqədar yük maşınlarının şəhərə girişinə qadağa iyulun 1-ə kimi qüvvədədir.

“Təxirə salınmaz xidmətlər həyata keçirən, yəni xüsusi buraxılış icazəsi olan avtomobillərin hərəkət etməsinə icazə verilir. Yalnız kütləsi 3,5 ton yuxarı avtomobillər xüsusi buraxılış əsasında günün axşam saatlarında, yəni 22:00-dan səhər saat 5-dək öz xidmətlərini həyata keçirirlər”, - deyə BŞDYPİ-nin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bildirib.