Sürücülərə şad xəbər

suruculere-sad-xeber
Oxunma sayı: 1971


"Qafqazinfo" axar.az-a istinadən xəbər verir ki, Ziya Bünyadov prospekti bağlanıb və oktyabra qədər yenidənqurma işləri davam edəcək.

Bu yolun bağlanması şəhərdə ciddi şəkildə nəqliyyat sıxlığı yaradıb. Özəlliklə də paytaxtın Dərnəgül yoluna yaxın ətrafda avtomobillərin hərəkətində tıxac yaranıb.

“Azəryolservis” ASC mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəlov  açıqlamasında prospektin oktyabrda hazır olacağını açıqlayıb.

Sözügedən prospektin yenidən qurulmasında məqsəd 20 Yanvar dairəsi, eyni zamanda Qələbə kinoteatrının qarşısında yerləşən dairə ilə Böyükşor qovşağı arasında nəqliyyat vasitələrinin sürətli, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.