Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 24-ü gecə saat 23-dən etibarən Dilarə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən “Azərbaycan Dəmir Yolları” QSC-in qarşısınadək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaqdır.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC alternativ variant kimi 28 may, Nizami, Rixord Zorge, Puşkin küçələrindən istifadə etməyi məsləhət görür. Asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya quyularının dəyişdirilməsi ilə əlaqədar 3 gün müddətinə həmin hissə bağlı olacaqdır.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
Son xəbərlər
Son Xəbərlər