Sürücülərə xəbərdarlıq- - Bu yolda sıxlıq var

suruculere-xeberdarliq-
Oxunma sayı: 1115


“Qafqazinfo” Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, Biləcəri dairəsi aparılan təmir bərpa işləri ilə əlaqədar bağlı olduğundan hazırda Bakı-Sumqayıt şosesində sıxlıq müşahidə olunur.

Lökbatan qəsəbəsi istiqamətində hərəkət edən sürücülərə Badamdar yolu və ya Salyan şosesindən, Sumqayıt şəhər istiqamətində hərəkət edən sürücülərə isə Binəqədi şosesindən istifadə etmələri tövsiyə olunur.