“Qafqazinfo” NİİM-nin səhifəsinə istinadən xəbər verir ki, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Yusif Səfərov küçəsində (Afiyəddin Cəlilov küçəsin ilə kəsişmədən Babək prospekti ilə kəsişməyə qədər) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etmələri tövsiyə olunur.
Son xəbərlər
Son Xəbərlər