Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC-dən “Qafqazinfo”ya verilən məlumata görə, artıq Babək prospektindən Xətai prospektinə və Koroğlu Rəhimov küçəsinə hərəkət etmək istəyən nəqliyyat vasitələri tunel vasitəsilə Yusif Səfərov küçəsinə çıxaraq yeni salınan hissədə dönmə əməliyyatı edib həmin istiqamətlərə maneəsiz hərəkət edə bilərlər.
Heydər Əliyev prospektinə isə Babək prospektindən birbaşa çıxmaq mümkündür. Hərəkət istiqamətində edilən dəyişiklik həmin ərazidə yaranan sıxlığın aradan qaldırılmasına hesablanıb.
Son xəbərlər
Son Xəbərlər