Sürücülərin nəzərinə- - Giriş qadağandır!

suruculerin-nezerine-
Oxunma sayı: 1923


“Qafqazinfo” xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Səməd Vurğun küçəsinin Hənifə Ələsgərov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində (Heydər Əliyev adına təhsil kompleksinin yanı - şəhər istiqamətində) aparılan təmir işləri ilə əlaqədar yol bağlıdır.

Sürücülərə alternativ olaraq Cəlil Məmmədquluzadə küçəsi və Azadlıq prospektlərindən istifadə etmələri tövsiyə olunur.