“Qafqazinfo” NİİM-nin saytına istinadən xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, İnşaatçılar prospektində (İzmir küçəsi ilə kəsişmədən Hüseyn Cavid parkına qədər olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqdır. Sürücülərə alternativ olaraq Ak.Şəfayət Mehdiyev küçəsindən istifadə etmələri tövsiyə olunur.