Sürücülərin nəzərinə - Bu yollar təmirə bağlanır

suruculerin-nezerine
Oxunma sayı: 1609

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə xəbərdarlıq edib. “Qafqazinfo” xəbər verir ki, aparılan təmir işləri ilə əlaqədar bu gecə iki ərazidə hərəkətin məhdudlaşdırılması nəzərdə tutulub.

Məhdudlaşdırma qısa müddətlik Nərimanov rayonu Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində, həmçinin Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolunun Lökbatan qəsəbəsi istiqamətindən tətbiq ediləcək.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.