Sürücülərin nəzərinə!

suruculerin-nezerine
Oxunma sayı: 1819

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, işlər yanvarın 9-dan 15-nə kimi davam etdiriləcək.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.