Sürücülərin nəzərinə

suruculerin-nezerine
Oxunma sayı: 1960

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri Yusif Səfərov küçəsində bu gecə saat 23:00-dan səhər saatlarınadək avtomobillərin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb yolda üfüqi nişanlanma xətlərinin rənglənməsidir. 

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.