Sürücülərin nəzərinə!

suruculerin-nezerine
Oxunma sayı: 4302

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, Abşeron rayonu, Saray qəsəbəsi Heydər Əliyev prospektində 1 iyun tarixində səhər saatlarından hərəkət qısamüddətlik məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bu səbəbdən sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq, alternativ yollardan istifadə etmələri tövsiyə olunur.