“Qafqazinfo” NİİM-nin səhifəsinə istinadən xəbər verir ki, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, İstiqlaliyyət, Əziz Əliyev, Azərbaycan və Füzuli küçələrində (Füzuli meydanı) nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.