Sürücülərin nəzərinə - Bu yolda diqqətli olun!

suruculerin-nezerine
Oxunma sayı: 2581

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət avtomobil yolunun 82-110-cu km-lik hissəsində bu gün və sabah səhər saatlarından axşamadək yolun xətlənməsi işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AAYDA-nin İctimaiyyətə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.

Məlumatda qeyd olunur ki, sürücülərdən sözügedən ərazidə diqqətli olmaları, müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.