Sürücülük məktəbinin sabiq direktorunun işi məhkəməyə göndərildi

suruculuk-mektebinin-sabiq-direktorunun-isi-mehkemeye-gonderildi
Oxunma sayı: 852


Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, istintaq zamanı sürücülük məktəbinin sabiq direktoru Tahir Qüvvətovun rayon sakinindən həmin məktəbə sürücü-təlimatçı vəzifəsinə işə qəbul etmək üçün 1.000 manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin  311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulan ittiham elan edilib. 

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.