Sürücünü bıçaqla hədələyib maşınını əzdi

surucunu-bicaqla-hedeleyib-masinini-ezdi
Oxunma sayı: 1138

F.X.Xoyski küçəsində “Toyota” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini T. Baxşıyevi bıçaqla hədələyib.

“Qafqazinfo” xəbər verir ki, hadisə yanvarın 5-də saat 23 radələrində qeydə alınıb.

Həmin şəxs T. Baxşıyevin “Mercedes” markalı avtomobilini təpiklə əzib, habelə idarə etdiyi nəqliyyat vasitəsilə avtomobili vuraraq hadisə yerini tərk edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində insidenti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F. Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.