Sürücünü döyüb 70 minlik qızılını əlindən aldılar

surucunu-doyub-70-minlik-qizilini-elinden-aldilar
Oxunma sayı: 1580

Lənkəran şəhərində sürücünü döyərək 70 minlik qızılı aparanlar saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, avqustun 1-də saat 7 radələrində “VAZ-2106” markalı avtomobildə gəlmiş 2 nəfər şəhər sakini T.Fətullazadəni döyüb içərisində 60000-70000 manat dəyərində qızıl-zinət əşyaları olan çantasını alıblar.

Quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Xəlilov, Masallı rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - İ.Məmmədli və Z.Hüseynzadə polis əməkdaşları tərəfindən saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.