Sürücünün başından vurub maşını oğurladı

Sürücünün başından vurub maşını oğurladı
Oxunma sayı: 1256

Şəmkir rayonunda quldurluq hadisəsi baş verib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, mayın 27-də Şəmkir şəhəri ərazisində Keçili kənd sakini P.Quliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturmuş naməlum şəxs sürücüyə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Daha sonra onu avtomobildən düşürərək hadisə yerini tərk edib.

Hadisəni törətməkdə şübhəli bilinən rayon sakini S.Məmmədli avtomobillə birgə Seyfəli kəndi ərazisində saxlanılıb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi