“Xaliq Faiqoğlu” şirkəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun döydüyü sürücü Sənan Məmmədovla bağlı məlumat yayıb.
"Qafqazinfo"ya daxil olan açıqlamada qeyd olunur ki, şirkət olaraq baş verən hadisəni qətiyyətlə pisləyir və bu kimi halların yolverilməz olduğunu bəyan edir:
"Təqdirəlayiq haldır ki, şirkətdə sürücü vəzifəsində çalışan Məmmədov Sənan Mehman oğluna qarşı törədilmiş bu cinayətə qarşı nəinki sadə vətəndaşlar, hətta ən yüksək səviyyədə reaksiya verilib.
Məlumat üçün bildirək ki, S.Məmmədov şirkətdə 6 ildən artıqdır ki, sürücü qismində fəaliyyət göstərir və nümunəvi sürücülərdən biridir. Belə ki, nümunəvi fəaliyyətinə görə sürücüyə 05 iyul 2017-ci il tarixdə diplom verilib.
Qeyd edək ki, sürücülər gün ərzində on minlərlə vətəndaşı mənzil başına aparırlar. Xidməti fəaliyyət zamanı sürücülər tərəfindən hər hansı nöqsanı və ya sərnişinlərin xidmətlə bağlı iradı olarsa bu kimi hallarda Bakı Nəqliyyat Agentliyinin (BNA) 141 qaynar xəttinə və ya şirkətin baş ofisinə müraciət edərək sivil şəkildə həll edilə bilər.

Son xəbərlər
Son Xəbərlər