Sürücünün “İ-Patrul”dan şikayəti haqda DİN-dən açıqlama

surucunun-i-patruldan-sikayeti-haqda-din-den-aciqlama
Oxunma sayı: 2406

Daxili İşlər Nazirliyi daha bir sürücünün “İ-Patrul” sisteminin onu qanunsuz olaraq radara salması barədə şikayətinə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, Ağstafa rayon sakini Turan Nağıyev bildirib ki, özünə məxsus “Mercedes-Benz” markalı avtomobil ilə Bakı-Qazax-Gürcüstan avtomagistralının 453-cü kilometrliyində maksimal sürət həddinin 90 km/saat olduğu halda 86 km/saat sürətlə hərəkətdə olduğu zaman cərimə olunub. O, iddia edib ki, həmin zaman qarşı yolda hərəkətdə olan “İ-Patrul” sistemi quraşdırılmış yol polisi avtomobili onu səhvən radara salıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə əlaqədar polis əməkdaşları vətəndaşın iştirakı ilə həmin əraziyə baxış keçirib, müvafiq araşdırmalar aparıblar: “Araşdırmaların nəticəsində həmin ərazidə maksimal hərəkət sürətinin saatda 90 km deyil, 60 km olması müəyyən edilib və bu barədə vətəndaşla profilaktiki söhbət aparılıb. Araşdırmanın nəticəsindən razı qalan T. Nağıyev hər hansı bir şikayətinin olmadığını qeyd edib”.

Murad Əhməd

Fotoda: Eşqin Qasımov